Aİ Azərbaycan və Ermənistan arasında etimadın qurulmasına cəlb olunub
14:19 26.06.2021
Arxiv
395
“Biz Azərbaycan və Ermənistan arasında ilk növbədə etimadın qurulmasına kömək etməliyik”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Tbilisidə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı artıq bu prosesə cəlb olunub.
XİN başçısı Azərbaycanla Ermənistan arasında əldə olunan humanitar razılaşmanı çox mühüm addım adlandırıb:
“Ümid edirəm ki, bu proses davam edəcək. Tərəflər arasında kifayət qədər etimad yaranacağı halda Avropa İttifaqının bütün bölgənin əlaqələndirilməsinin gücləndirilməsinə cəlb olunmasının mümkünlüyü barədə danışmaq olar”.
“Dağlıq Qarabağ münaqişəsi zamanı dəymiş yaralar hələ də açıqdır, onlar hələ də sağalmayıb. Amma onları sağaltmaq lazımdır. Yaxşı əlamətdir ki, səfər zamanı bütün tərəflərin bu yaraları sağaltmağın lazım olduğunu anladığını gördük və bu proses üçün onlara tərəfdaşlar lazımdır. Aİ bunun üçün əlindən gələni etməyə hazırdır”.
Mətbuat Konfransında Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqda çıxış edib:
“Bizim Azərbaycan və Ermənistanla bağlı çox intensiv danışıqlarımız baş tutdu. Bizim məqsədimiz etimadın yaradılması üçün hansı tədbirlərin görülə biləcəyini bildirmək idi. Bu səfər bizim əvvəlcədən bildiyimizi təsdiqlədi: regionda ən çox tələb olunan şey etimaddır. Bizim məqsədimiz etimadın ilk toxumlarını əkmək idi”, - deyə bildirib.
O, Gürcüstanın və bu ölkənin baş nazirinin bu kontekstdə vacib rolunu alqışlayıb. A.Şallenberqin sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfinə hərbçiləri verməsində və Ermənistan tərəfinin Azərbaycana Ağdamdakı minalı ərazilərin xəritəsini təhvil verməsində Gürcüstanın baş naziri vacib rol oynayıb.
“Düşünürəm ki, bu üçtərəfli əməkdaşlıq bütün tərəfdaşlar üçün faydalıdır. Biz bunu qətiyyətlə dəstəkləyirik və “3+1” formatında dialoqda iştirak etməyə hazırıq”, - avstriyalı nazir deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil