Almaniyadan Fransaya qaçan azərbaycanlı ailə saxlanılıb
10:07 26.06.2021
Arxiv
574
Almaniyada qaldıqları qaçqın yataqxanasını icazəsiz tərk edərək Fransaya qaçmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları Almaniya-Fransa sərhədinə yaxın ərazidə saxlanılıblar.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətindəki bir qaçqın yataqxanasında qalan və barələrində deportasiya qərarı çıxarılan ailə ötən gün Fransaya qaçmağa cəhd göstəriblər. 3 nəfər ailə üzvü Türkiyə vətəndaşının idarə etdiyi “TIR”ın yük yerində gizləniblər. Yük avtomobili Almaniya-Fransa sərhədində yerləşən bir yanacaqdoldurma məntəqəsinə daxil olan zaman yük yerində olan azərbaycanlılar düşərək yaxınlıqdakı marketə gediblər. Bu hadisə yanacaqdoldurma məntəqəsində işləyən satıcının diqqətini çəkib və o, polisə məlumat verib.
“TIR” hərəkətə etdikdən sonra iki polis avtomobili tərəfindən saxlanılıb. Yük yerində gizlənən azərbaycanlı ailə saxlanılaraq Miqrasiya İdarəsinə təhvil veriliblər. Sürücü polisə verdiyi ilkin ifadəsində yük yerində gizlənən şəxsləri tanımadığını bildirib.
Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, pandemiya dövründə sərhəd yoxlamasına baxmayaraq Almaniyadan Fransaya qaçaq yollarla getmək istəyən əcnəbilərin sayında artım qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat