Almaniyadan Türkiyəyə şərt: 2 seçim var




Gələn həftə Ankaraya səfər etməyi planlaşdırıram. Axar.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer Bundestaqda çıxışı zamanı deyib. O bildirib ki, hərbi çevriliş cəhdindən sonra Türkiyə bir yol ayrımına daxil olub:

"Türkiyə ya Avropanın yolu ilə irəliləyəcək, ya da bu yoldan uzaqlaşacaq. Biz Türkiyənin Avropa ilə bağlı olmasını, müsbət əlaqələrimizin mövcudluğunu istəyirik. Lakin durum dəyişib və siyasətimizi yenidən müəyyənləşdirməliyik”.