Ankara ilə Moskva arasında SAZİŞ - Bu, ilkdir




Türkiyə hava hücumundan qorunma məqsədilə Rusiyadan S-400 raketləri alır. Artıq buna dair saziş də imzalanıb. 

"Sherg.az" "Lefigaro.fr"ə istindən xəbər verir ki, məsələ barədə Türkiyə mediasına bu ölkə lideri Rəcəb Tayyip Ərdoğan bildirib.

O qeyd edib ki, bu saziş Ankara ilə Moskva arasında heç vaxt bağlanmayan bir sənəddir: "Artıq sənəd imzalanıb və bildiyim qədər bu istiqamətdə ödəniş də həyata keçirilib"

Ayyət ƏHMƏD