Araşdırma: Yadplanetlilər dünyanı...- FOTO

Bir neçə həftədir yadplanetlilər və uçan naməlum obyektlərlə (UFO) bağlı xəbərlər gündəmdə iz buraxıb. Xatırladaq ki, Pentaqon donanması tərəfindən çəkilən UFO görüntülərinin araşdırıldığı açıqlandı. Hətta Pentaqonun gizli UFO hesabatı da sızdırıldı.
Bir sözlə, Pentaqonun sızdırdığı UFO hesabatı, İngiltərədə görülən kosmik gəmi, Barak Obamanın açıqlamaları, Çində ortaya çıxan nəhəng üçbucaqlı obyekt gündəmi zəbt edib. Daha sonra isə astronomlardan yadplanetli açıqlaması gəldi.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, “The Guardian”da yer alan xəbərə görə, Cornell Universitetinin astronomiya professoru Lisa Kalteneqer və Amerika Təbiət Tarixi Muzeyinin astrofiziki Cakie Faherti "Gaia" peykinin hansı ulduz sistemlərinin olduğunu öyrənmək üçün ulduz mövqeləri hazırlayıblar.
Kalteneqer və Faherti 326 işıq ili içərisində Günəşin ətrafında 5000 il əvvəl və 5000 il sonrakı dövrdə dövr etdikləri zaman Dünyanı kəşf edə biləcək 2.034 ulduz sistemi təsbit ediblər.
Kalteneqer "Yadplanetləri tapmağın bir yolu, ev sahibinin ulduzlardan gələn işığın bir hissəsini bağlamasıdır. Yaşadığı düşünülən 29 yadplanetlinin bu ulduz sistemlərində Yer kürəsini araşdırmaq və radio-televiziya yayımlarını dinləmək üçün yaxşı vəziyyətdə olduqları təxmin edilir”.