“Arzu Səmədbəyliyə haqq qazandırıram”

Əli Orucov: “Gənclərə meydan vermək, onlara şərait yaratmaq üçün bəzən bir qədər geri durmaq, çəkilmək lazımdır”



Bir müddətdir mətbuatdan uzaq düşən, siyasi fəaliyyəti görünməyən Müsavat Partiyası Ali
Məclisin və Divanın üzvü Arzu Səmədbəyli "Şərq”ə açıqlamasında mediadan uzaq durmasına
aydınlıq gətirib
.Sabiq millət vəkili bildirib ki, proseslərə qatılmasa da, ölkədə baş verən hadisələri yaxından izləyir:
"Şəxsi işlərimlə məşğul olsam da, mətbuatı mütəmadi olaraq izləyirəm. Xüsusən,
Müsavatın fəaliyyəti ilə maraqlanıram. Təşkilatın yeni rəhbərliyi var, gənclər partiyada işləyir,
müsahibələr verirlər. Görək bu gənclər nə edəcəklər?! Analizlərini, proqnozlarını mətbuatla
bölüşməməsinə A.Səmədbəyli bu cür münasibət bildirib: "Bezmədiz bizim proqnozlardan?!
Ümumiyyətlə, 30 ilə yaxındır qəzet səhifələrində görünürük, bundan yorulmadız?”.

Müsavat funksionerinin kənara çəkilməsini "Şərq”ə şərh edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, uzun müddət siyasi fəaliyyətlə məşğul olan şəxslərin siyasətdən və ictimaiyyətdən kənar durması çətindir, hətta mümkün deyil:
"Belə şəxslər istəsələr də, istəməsələr də, siyasətdə qalırlar. Baxmayaraq ki, mətbuata çıxmırlar, müəyyən məsələlərə münasibət bildirmirlər. Amma siyasi prosesləri diqqətlə izləyir və yeri gəldiyində
fikirlərini paylaşırlar. Mən Arzu Səmədbəyliyə haqq qazandırıram. Gənclərə meydan vermək,
onlara şərait yaratmaq üçün bəzən bir qədər geri durmaq, çəkilmək lazımdır. Cəmiyyət yeni
simalar görməli, yeni fikirlər eşitməlidir. Siyasətdə novatorluq zəruri amildir. Ola bilsin, Arzu
bəy bu fikirlərə görə özünü bir qədər kənara atıb. Amma inanıram ki, Arzu Səmədbəyli və onun
kimi uzun müddət siyasi səhnədə olmuş digər siyasətçilər yenidən aktiv fəaliyyəti bərpa
edəcəklər”.

İsmayıl