Aşıq Ədalət: "Ayağımı yerə basa bilmirəm"





İndicə yataqdayam. Sizinlə yataqdan danışıram. Həkim gəlib- gedir yanıma. 

Bu sözləri Sherg.az-a səhhəti ilə bağlı danışarkən aşıq Ədalət Nəsibov söyləyib. 

Ustad aşıq qeyd edib ki, sol qolu ilə sol dizi həmişə payız və qış aylarında tutulur: 

" 8 gündür ki bu vəziyyətdəyəm. Yəqin yaxın zamanlarda səhhətim normallaşar. Sizə də geniş müsahibə verərəm. A kişi, heç həkimin də başı çıxmır ki, bu, nə bəladır. Həkimə zəng eləmişəm deyir günortaya yaxın gələcəm. Oynacaqlarım tutulur. Bədənimdə nə qədər oynacaq var, hamısı ağrıyır. Ayağımı yerə basa bilmirəm".


Sağlıq durumunuz pisləşməsinə dair xəbərlər yayılanda sizə baş çəkən oldumu? sualına gəlincə, dədə Ədalət söylədi ki, hər gün yanına 30-40 adam gəlir:

 " Gəlib halımı soruşurlar, könlümü oxşayırlar. Jurnalistlər də sağolsunlar, unutmurlar. Şagirdlərimin əksəriyyəti baş çəkib. Hətta yanıma İrandan da aşıq Şahvazi gəlmişdi. Dahi şair Məhəmməd Hüseyn Şəhriyarın oğlu da məni ziyarət etdi. Düzdü, maddi dəstəyə ehtiyacım yoxdu. Amma sağolsunlar gələn əli boş gəlmir. Necə lazımdır hörmət edirlər. Sağolsun həm dostlarım, həm də şagirdlərim".

Qeyd edək ki, xeyli müddətdir aşıq Ədalət Nəsibovun səhhəti pisləşib.

Ayyət Əhməd