Azərbaycan gömrük xidmətinin ÜGT-nin Siyasi Komissiyaya üzvlüyü təsdiqlənib
18:40 26.06.2021
Arxiv
330
Xəbər verdiyimiz kimi, iyunun 24-dən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir.
Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, bu gün sessiya öz işini yekunlaşdırıb.
Onlayn formatda keçirilən sessiyada Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib.
Sessiyanın açılış mərasimində ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunan məsələlər barədə məlumat verib, daha sonra isə ÜGT Baş katibi Kunio Mikuriyanın 2020/2021-ci illərin Strateji Planının icrası istiqamətində həyata keçirilən fəaliyyətlərə dair ən son yeniliklərlə bağlı hesabatı dinlənilib.
Üç gün davam edən sessiya çərçivəsində Potensialın gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, Tarif və ticarət əlaqələri, Siyasət və idarəçilik, Büdcə və maliyyə və digər məsələlərlə bağlı müzakirələr aparılıb, eləcə də Gömrük Əməkdaşlıq Şurasının rəhbərliyinə seçkilər keçirilib. Əhməd Əl Xəlifə növbəti dəfə ÜGT Şurasına sədr seçilib.
Sessiyanın bağlanış mərasimində çıxış edən ÜGT Baş katibi Kunio Mikuriya COVID-19 pandemiyası dövründə gömrük orqanlarının səmərəli fəaliyyətinə, faydalı müzakirələrə və irəli sürülən konstruktiv təkliflərə görə təşəkkürünü bildirib. Kunio Mikuriya, eyni zamanda Azərbaycan gömrüyünün ÜGT-nin Avropa Regionuna rəhbərliyi dövründəki fəaliyyətini, xüsusilə yüksək qiymətləndirib. Baş katib bildirib ki, pandemiya dövrünün çətinliklərinə rəğmən əməkdaşlığın gücləndirilməsi, gömrüyün gələcək inkişafı üçün faydalı qərarların qəbul olunması istiqamətində mühüm addımlar atılıb.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov da sessiyada çıxış edərək, müzakirə olunan məsələlərin gömrük işinin səmərəliliyinin artırılmasına, əməkdaşlığın gücləndirilməsinə, əldə olunan qabaqcıl təcrübələrin öyrənilməsinə və tətbiqinə fayda verəcəyinə əminliyini ifadə edib. İsmayıl Hüseynov Əhməd Əl Xəlifəni növbəti dəfə Gömrük Əməkdaşlıq Şurasına sədr seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Xatırladaq ki, ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionunun Şərq qrupu tərəfindən ÜGT-nin Siyasi Komissiyasına namizədliyi irəli sürülmüşdü. Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyasında keçirilən seçkilər zamanı ÜGT-nin Avropa Regionuna sədrlik etdiyi dövrdə səmərəli fəaliyyətinə görə Azərbaycan gömrük xidmətinin 2021-2023-cü illər üzrə Siyasi Komissiyaya üzvlüyü yekdilliklə təsdiqlənib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil