Azərbaycan Türkiyə ilə birgə film və seriallar çəkəcək
17:35 06.03.2021
Arxiv
488
Azərbaycan və Türkiyə arasında kino sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox maddələr üzərində qarşılıqlı razılıq əldə olunub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, razılığa Ankarada Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə gəlinib.
Qarşılıqlı əməkdaşlıqlar aşağıdakı maddələri ehtiva edəcək:
- Müştərək filmlərin istehsalı və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi
- Müştərək serialların istehsalı ilə əlaqədar işlərin aparılması
- Qarabağ mövzusunda müştərək filmlərin çəkilməsi
- Müştərək film festivallarının keçirilməsi, həmçinin mədəniyyət paytaxtımız Şuşa şəhərində beynəlxalq film festivalına dair işlərin görülməsi
- Film və serialların distribüsiyası və beynəlxalq platformalarda yayımlanmasına dair əməkdaşlığın genişləndirilməsi
- Hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsi
- Azərbaycan və Türkiyə Film Komissiyaları arasında əlaqələrin yaradılması və təcrübə mübadiləsinin həyata keçirilməsi
- Animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasına dair işlərin aparılması
- Təhsil və tədris layihələrinin təşkili
- Hər iki ölkənin təşəbbüsü əsasında Türkdilli ölkələrin iştirakı və üzvlüyü ilə beynəlxalq ortaq film fondunun yaradılması istiqamətində müzakirələrin aparılması
- Hər iki ölkədə uşaqlar və gənclər üçün kino mədəniyyəti ilə bağlı sosial layihələrin təşkili.
Həmçinin, Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və Birgə Komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barəsində razılıq əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol