Azərbaycan, Türkiyə və Gürcüstandan növbəti hərbi təlimlər...
21:25 17.02.2017
Arxiv
909
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlıq memorandumu imzalayacaq. Bu barədə razılıq Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Brüssel görüşündə əldə olunub. Həmin görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Memorandumun hər üç ölkənin müdafiə nazirlərinin bu ilin mayında Tbilisidə keçiriləcək görüşündə imzalanması planlaşdırılır. Nazirlər hər üç ölkənin baş qərargah rəislərinin bu ilin aprelində Tbilisidə keçiriləcək görüşünü də müzakirə ediblər.
Tərəflərin müdafiə sahəsində birgə fəaliyyəti ilə bağlı "Şərq”ə danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib ki, bir müddət əvvəl üç dövlətin hərbi əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirilirdi. Lakin Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra proses bir qədər arxa plana keçdi:
"Əvvəlcə qardaş ölkədə, daha sonra Gürcüstanda müdafiə nazirlərinin dəyişdirilməsi ümumi işi ləngitdi. Ancaq hazırda hər iki ölkədə hərbi prosesə tam nəzarət edilir, yeni nazirlər aktiv fəaliyyətlə məşğuldur. Ümumiyyətlə, indiyədək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında ikitərəfli və üçtərəfli xeyli görüş baş tutub, ölkələrin birgə hərbi təlimləri keçirilib. Hesab edirəm, üç dövlətin hərbi əməkdaşlığı olduqca vacibdir. Gürcüstan faktiki olaraq Türkiyənin, NATO-nun diqqət və qayğısı ilə əhatə olunub. Gürcüstan Silahlı Qüvvələrinin hərbi alyansa hazırlanması prosesi birbaşa qardaş ölkəyə həvalə edilib”.
Ekspertin sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanın növbəti hərbi təlimləri planlaşdırılır:
"Planlar ona hesablanıb ki, təlimlərə təkcə quru qoşunları deyil, hava və su daxil olmaqla bütün qoşun növləri cəlb edilsin. İnanıram ki, üç dövlətin hərbi əməkdaşlığı nəticəsində yaxın müddətdə ortaq hərbi birləşmələrin şahidi olacağıq. Gürcüstan dostumuz və strateji tərəfdaşımızdır. Türkiyə də hər zaman yanımızda olan qardaş ölkədir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla yanaşı, Gürcüstanın da ərazi bütövlüyü ilə bağlı problemi var. O baxımdan hərbi tərəfdaşlıq çox faydalı olacaq, Qafqaz regionuna güvənlik və əminlik gətirəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət