Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi

Sosial şəbəkələrdə Məkkə şəhərində, Kəbə ərazisində “canlı bomba” hücumuna cəhd edildiyi və təhlükəsizlik qüvvələrinin hadisənin qarşısını aldığı barədə görüntülər yayılıb.

Şərq TV xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş Təhlükəsizlik İdarəsi bu iddianı rəsmən təkzib edib.

Qurumun “X” sosial media platformasındakı rəsmi hesabında bildirilib ki, Məkkədə ətrafdakılara maneçilik törədən və təşviş yaradan şəxsə təhlükəsizlik qüvvələri tərəfindən dərhal müdaxilə edilərək saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs araşdırma aparılması üçün prokurorluq orqanlarına təhvil verilib.

Rəsmi açıqlamada həmin şəxsin üzərində partlayıcı maddə aşkarlanması və ya hər hansı hücum cəhdinin baş verməsi barədə məlumat verilməyib.