Azərbaycan XİN başçısı həmsədrlərlə görüşəcək




"Bəzi təkliflər vardı ki, Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Təəssüf ki, alınmadı".

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, bu təkliflə Rusiya tərəfi çıxış edib: "Azərbaycan buna razıdır. Amma bu görüş nəticəli olmalıdır".

E. Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində həmsədrlərlə g[rüşəcəyini də bildirib: "Görüş fevralın 17-19-da olmalıdır. Mən bu görüşə razılıq vermişəm".