Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
16:33 13.11.2018
Arxiv
618
Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır.
"Report"un məlumatına görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə məlumat verib.
"Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni qanunun təsiri altına düşən 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir", - o deyib.
Nazir məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud vakansiyaların doldurulması üzrə görülən tədbirlərə də toxunub, ilk dəfə olaraq ali və bütün apellyasiya məhkəmələrinin 30 hakimin təyinatı ilə tam komplektləşdirildiyini bildirib, səlahiyyət müddəti bitmiş 60-dan çox, o cümlədən müşavirədə iştirak edən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsini qeyd edib, vətəndaşların haqlı narazılığını doğuran halların yolverilməzliyini vurğulayıb.
F.Məmmədov eyni zamanda şəffaf və çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 nəfər namizəd barəsində yaxın günlərdə təyinatların aparılacağını və bununla da hakim korpusunun tam əksəriyyətinin komplektləşdiriləcəyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz