Azərbaycanda 8500 gözdən əlilliyi olan şəxs var
12:58 13.11.2018
Arxiv
513
Ölkəmizdə sosial təminat sistemi ilə əhatə olunan əhali kateqoriyalarından biri də gözdən əlilliyi olan şəxslərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı gözdən əlilliyi olan vətəndaşların da sosial təminatının yaxşılaşdırılmasında mühüm addımların atılmasına imkan verib.
Modern.az xəbər verir ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı kimi, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib. Binanın açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasında önəmli rol oynayır. Bakının Zabrat qəsəbəsində istifadəyə verilən Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiya yönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət kəsb edir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8,5 min gözdən əlilliyi olan şəxs əmək pensiyası ilə təmin olunur. Həmin şəxslərə ödənilən əmək pensiyasının orta aylıq məbləği 300 manata yaxındır. Pensiya almaq hüququ olmayanlara aylıq sosial müavinət verilir. Sosial müavinət alan ümumi səbəblərdən I qrup gözdən əlilliyi olanlara bu müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü də ödənilir. Bununla yanaşı, pensiya qanunvericiliyində I qrup əliliyi olanlar (o cümlədən gözən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında güzəştlər mövcuddur.
Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 48 nəfər gözdən əlilliyi olan şəxs üçün peşə hazırlığı kursları təşkil edilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzinə istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) indiyədək 1540 nəfər gənc qəbul olunub ki, onlardan bir qismi də görmə imkanı məhdud şəxslər olub. Nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin də reabilitasiya məqsədli sosial xidmətlərlə təminatı üçün müvafiq işlər aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz