Azərbaycanda şəkərli diabet cavanlaşır

Şəmsiyyə Namazova: "Buna səbəb insanların qidalanmalarına diqqət etməməsidir"
Uşaqlarda şəkərli diabet xəstəliyinin artmasının səbəbi qidalanmaya diqqət olunmamasıdır. 
Bunu Sherg.az-a Azərbaycanda şəkərli diabet xəstəliyinin cavanlaşamasının səbəblərindən danışarkən Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova deyib. 
Həkimin sözlərinə görə, insanların qidalanmasına qeyri-ciddi yanaşması, xüsusilə uşaqların geni dəyişdirilmiş qidalardan çox istifadə etməsi ciddi fəsadlarla nəticələnir: 
"Həmin məhsulların tərkibi karbohidrat, amon turşuları və duz kimi qarışıqlarla zəngin olduğu üçün uşaqlarda iştaha və çəkinin artmasına, bunlara asılılıq yaranmasına səbəb olur. Nəticədə gələcəkdə şəkərli diabed xəstəliyinə zəmin yaranır. Eyni zamanda orqanizmin laboratoriyası adlanan qaraciyərdə piylənmə prosesi başlayır. Bədəndə qlükozanın qlükogen maddəsinə çevrilməsi qaraciyərdə ləngidiyinə görə çəkinin artımı, şəkərin yaranması sürətlənir”.
Ş. Namazova onu da əlavə edib ki, valideynlər həm öz qidalarına həm də övladlarının qidalanmasına diqqət etməlidirlər: " İştaha artımı, gecə yemələr çoxalarsa, həkimə müraciət edilməli, müalicə alınmalıdır. Bu tək tibbi deyil, həm də sosial problemdir".
Qeyd edək ki, Respublika Endokrinoloji Mərkəzindən verilən məlumata görə, Azərbaycanda əvvəllər II tip şəkərli diabet xəstəliyinə 45-50 yaş arasında rast gəlinirdisə, indi hətta bir yaşlı uşaqlarda bu xəstəlik aşkarlanır.
Ayyət