“Azəristiliktəchizat”: İşə tez başladıq ki, noyabrın 15-də qazanxanalar tam gücü ilə işləsin
14:34 13.11.2018
Arxiv
540
Bakı və Bakıətrafı ərazilərdə binalara istilik sisteminin verilməsi məqsədilə qazanxanalar vaxtından əvvəl işə salınıb.
Bu barədə Trend-ə açıqlamasında "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
R.Əliyevin sözlərinə görə, noyabrın 15-dən Bakı və Bakıətrafı ərazilərdəki binalar istilik sistemləri ilə tam təmin olunacaq:
"Artıq bir neçə gündür ki, qazanxanaları işə salmağa başlamışıq. Proses davam edir. Həmişə noyabrın 15-dən işə başlanılırdı. 550 qazanxananı işə salınca, qazı tənzimləyincə vaxt gedirdi. Bu da əhalinin narazılığına səbəb olurdu. Camaat istəyir ki, ayın 15-i evi tam isti olsun. Ona görə də qərara gəldik ki, bir neçə gün tez başlayaq ki, noyabrın 15-də artıq qazanxanalar tam gücü ilə işə başlasın. Həm də son günlər havaların qeyri-sabit keçməsi ilə əlaqədar belə qərara gəlmişik. Artıq qrafikə uyğun olaraq qazanxanalar işə salınır. Noyabrın 15-də qazanxanalar tam gücü ilə işə düşəcək. Artıq Bakının bütün rayonları üzrə qazanxanalar işə salınmağa başlayıb. Hər rayonda 50 qazanxana varsa, artıq 15-20 qazanxana işə salınıb, digərləri də tədricən işə salınır".
O bildirib ki, bütün ərazilərə bir gündə istilik vermək olmur: "Həm qazanxanalar texniki cəhətdən imkan vermir ki, birdən birə yüksək istiliyi alaq. Məsələn bir qazanxanada 5 min kubmetr su olur. Həmin suyun hamısı qızmalıdır ki, ondan sonra temperatur tədricən artırılmalıdır. Bunun üçün 12-24 saat vaxt lazımdır. Ona görə də bir neçə gün əvvəl başlamışıq ki, tədricən həmin istiliyi alaq və noyabrın 15-də tam olaraq istilik verək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə