Bakı-Qazax magistralında qəza: Daşla dolu “KamAZ” aşdı, yol bağlandı - FOTO

Bu gün səhər saatlarında Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, Bakı-Qazax magistral yolunda "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol müəyyən müddətə birtərəfli qaydada bağlanıb.