Bakıda oteldə yanğın: İnsanlar təxliyə edildi




Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumatına görə, şəhərin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 22:36-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.