Bakının mövqeyi güclüdür

“Separatçı qurumun adının dəyişdirilməsi problemin mahiyyətini dəyişmir”“Bizdən başqa beynəlxalq aləm də Dağlıq Qarabağ ifadəsi işlədir, xarici diplomatlardan heç biri, hətta İrəvan özü də “Arsax” ifadəsi işlətmir"
"ABŞ daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır”. 
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Dağlıq Qarabağdakı
qondarma rejimin "konstitusiya”ya dəyişiklik edərək separatçı "dövlətin” adının "Arsax
Respublikası”na dəyişmək niyyətinə münasibət bildirən Uorlik bəyan edib ki, həmsədr dövlətlər
Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar:
"Bütün tərəflərin ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməməyi özündə
əks etdirən Helsinki prinsipləri əsasında davranmağı çox vacibdir”. Məlumat üçün bildirək ki,
Dağlıq Qarabağdakı qondarma rejim "konstitusiya”larını dəyişmək barədə qərar qəbul edib.
Nəzərdə tutulan yeni "qanun layihəsində” qondarma rejimin adının "Arsax” olaraq
dəyişdirilməsi nəzərdə tutulur. Ermənilərin təxribatçı hərəkəti Azərbaycan tərəfinin ciddi
etirazına səbəb olub. Ölkə ictimaiyyəti düşmənin bu cür siyasi şousunu növbəti pozucu addım
kimi dəyərləndiriblər. 
Məsələni şərh edən politoloq Tofiq Abbasov bildirib ki, ermənilər odu
söndürüb külü ilə oynayırlar: "Cılız manevrlərlə mürəkkəb problemi həll etmək yalnız dayaz
dairələrin əməli ola bilər. Birincisi, Arsax sözü alban mənşəlidir. İkincisi də separatçı qurumun
adının dəyişdirilməsi problemin mahiyyətini dəyişmir. Belə qeyri-ciddi gedişlər həm
münaqişənin həllinə əngəl törədir, həm də böhrandan əziyyət çəkən Ermənistanın mövqelərini
sarsıdır”. Politoloqun fikrincə, bu oyunbazlıq Azərbaycanın mövqelərinə təsir göstərmir:
"İstənilən vaxt rəsmi Bakı prosesə müdaxilə edib məsələni xeyrinə həll edə bilər. Əgər İrəvan bu
minvalla nəsə əldə edə biləcəyini hesab edirsə, səhv düşünür. Təşəbbüs və üstünlük
Azərbaycanda qalacaq. Yaxşı olar ki, İrəvan başbilənləri bununla bağlı tədbir görsünlər”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə məsələyə başqa aspektdən
yanaşıb: "Qondarma rejimin hərəkətindən niyə bu qədər narahat oluruq ki? Əvvəla, "Arsax”
ifadəsi ilk dəfə işlədilmir. Digər tərəfdən biz qondarma "konstitusiyanı” tanımırıq ki, ondakı
dəyişikliyə etiraz edək. Biz Xankəndi, onlar Stepanakert deyirlər. Bu, illərdir belədir, dəyişən bir
şey yoxdur. Bizdən başqa beynəlxalq aləm də Dağlıq Qarabağ ifadəsi işlədir, xarici
diplomatlardan heç biri, hətta İrəvan özü də "Arsax” ifadəsi işlətmir. Əgər kənar ölkələrdən
hansısa çaşıb Dağlıq Qarabağ əvəzinə, separatçıların istəyi ilə "Arsax” kəlməsini işlətsə, o
zaman o dövlətlə ayrıca danışarıq. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, Dağlıq Qarabağ
ifadəsi Azərbaycan kökənlidir və ermənilər köçəri xalq kimi tək elə bu səbəbdən onlara aid
olmayan torpaqlara iddia edə bilməzlər. Bu arqument Qərbdə qəbul olunduğundan separatçıları
narazı salırdı. Ona görə bundan çıxış yolunu "ad dəyişdirməkdə” gördülər. Ancaq toplananların
yerini dəyişəndə cəm dəyşimir”.
İsmayıl