BMT rəsmisi: Azərbaycana təşəkkür edirik ki...
12:46 25.10.2018
Arxiv
837
BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün biz yoxsulluğun aradan qaldırılması kimi bir sıra öhdəlikləri üzərimizə götürmüşük.
Trend-in məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) prezidenti İnqa Ronda Kinq Dayanıqlı İnkişafa dair Bakı Beynəlxalq Humanitar Forumunda deyib.
BMT rəsmisi qeyd edib ki, son məqsədə çatmaq üçün indiyə qədər əldə edilən nailiyyətlər kifayət deyil: "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ölkələr arasında əməkdaşlıq olmalıdır, çoxtərəfli əməkdaşlıq səmərəli şəkildə həyata keçirilməlidir. Hökumətlə bərabər qeyri-hökumət institutları da bu prosesə qoşulmalıdır".
Ölkələr tərəfindən könüllü icmaların yaradılması məsələsinə toxunan İ.Kinq bu istiqamətdə fəaliyyətinə görə Azərbaycana təşəkkür edib:
"Azərbaycana təşəkkür edirik ki, 2017-ci ildə artıq belə bir könüllü icma təqdim etmişdi və 2019-cu ildə daha bir belə icma təqdim edəcək”.
O qeyd edib ki, DİM-lərin həyata keçirilməsi üçün qlobal əməkdaşlığa ehtiyac var. İ.Kinq bildirib ki, Bakıda keçirilən bu forum DİM-lərin həyata keçirilməsi üçün regional əməkdaşlığın gücləndirilməsi baxımından uğurlu platformadır.
BMT rəsmisi bildirib ki, DİM-lərin həyata keçirilməsində heç kim kənarda qalmamalıdır: "İstədiyimiz dünyanı yaratmaq üçün biz güclü olmalıyıq və birgə fəaliyyət göstərməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə
“Qalatasaray” azarkeşlərinə üzücü xəbər
16:10 06.09.2026
Futbol