"Bu dövləti qorumaq üçün xalqımız döyüşə hazırdır" - Asim Mollazadə




" "WIN/Gallup International” kimi ciddi və tanınmış şirkətin təqdim etdiyi nəticələrin reallığı əks etdirməsi dəqiqdir”

Bunu Sherg.az-a adıçəkilən təşkilat tərəfindən aparılan sorğunun nəticələrinə uyğun olaraq Azərbaycan vətəndaşlarının 85 faizinin öz Vətəni uğrunda döyüşməyə hazır olması halına münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib.

Deputat bildirib ki, bu, ölkəmizdə ruh yüksəkliyi və vətən sevgisindən irəli gəlir:

"Azərbaycan xalqı öz vətənini və dövlətini çox sevir. Hər bir azərbaycanlı üçün ən böyük nemət müstəqil dövlətimizdir. Bu dövləti qorumaq üçün ölkəmizin, xalqımız döyüşə, savaşa hazırdır. Bu mənada tam əmin ola bilərik ki, müstəqil Azərbaycan dövləti uğurlu, tam müasir Respublika kimi inkişaf edə biləcək. Bu nəticələr Azərbaycan xalqının öz dövlətinə olan yüksək sayğısını əks etdirir”.

Qeyd edək ki, "WIN/Gallup International” tərəfindən aparılan sorğu zamanı Azərbaycan vətəndaşlarının 85 faizinin öz Vətəni uğrunda döyüşməyə hazır olduğu məlum olub. Dünyanın 64 ölkəsində keçirilən sorğuda azərbaycanlılar ölkələri uğrunda döyüşməyə hazır olan xalqlar sırasında 6-cı yerdə qərarlaşıb.

Ayyət Əhməd