Forumun ölkəmiz, region və dünya üçün əhəmiyyətindən, onun Azərbaycana qazandıracağı dividentlərdən danışan millət vəkili Rüfət Quliyev "Sherg.az”a bildirib ki, Azərbaycan gündən-günə inkişaf edərək yalnız Avropa, Asiya regionlarında deyil, dünyanın nüfuzlu ölkələrindən biri olacaq:
"Bu Forum göstərir ki, formalaşma prosesinin ən yüksək zirvəsinə çatırıq" - Deputat
11:57 25.10.2018
Arxiv
569
Rüfət Quliyev:"Azərbaycan dünyada dövlətçilik və multikulturalizm ənənələri ilə tanınır. Bunu da siyasi sabitlik, iqtisadi inkişaf, idman və mədəniyyət sahələrindəki uğurlarımızla əldə etmişik"
Forumun ölkəmiz, region və dünya üçün əhəmiyyətindən, onun Azərbaycana qazandıracağı dividentlərdən danışan millət vəkili Rüfət Quliyev "Sherg.az”a bildirib ki, Azərbaycan gündən-günə inkişaf edərək yalnız Avropa, Asiya regionlarında deyil, dünyanın nüfuzlu ölkələrindən biri olacaq:
Bu gün Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər."Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib. Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu. O, çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirib. Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış ediblər.
Qeyd edək ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
Forumun ölkəmiz, region və dünya üçün əhəmiyyətindən, onun Azərbaycana qazandıracağı dividentlərdən danışan millət vəkili Rüfət Quliyev "Sherg.az”a bildirib ki, Azərbaycan gündən-günə inkişaf edərək yalnız Avropa, Asiya regionlarında deyil, dünyanın nüfuzlu ölkələrindən biri olacaq:"Bu da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində baş tutacaq. İlk növbədə bu kimi forumlar, tədbirlər Azərbaycana çox lazımdır. Çünki belə beynəlxalq mərasimlər ölkəmizi dünyaya tanıtdırır. Ikincisi də, Azərbaycançılıq ideologiyasının formalaşması prosesi gedir. Artıq biz o formalaşma prosesinin ən yüksək zirvəsinə çatırıq. Ona görə ki, 70 il ölkəmizdə Sovet ideologiyası olub. Fikirimcə, həmin dönəmdə Ulu öndərimiz Heydər Əliyev ondan istifadə redərək Azərbaycanın inkişafına güc verib. Amma artıq dünyada köhnə ideologiyaların hər biri oyundan çıxıb. Hazırda Azərbaycan dünyada dövlətçilik, multikulturalizm ənənələri ilə tanınır. Bunu da istər siyasi sabitlik, istər iqtisadi inkişaf, istərsə də idman və mədəniyyət sahələrindəki uğurlarımızla əldə etmişik. Lakin Azərbaycanın bu kimi işlərdə əsas hədəfi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Analoji beynəlxalq forumların keçirilməsi dünya ölkələrinin Azərbaycana böyük hörmətinin, diqqətinin, sevgisinin olduğunu göstərir”.
R.Quliyev onu da bəyan edib ki, son zamanlar Azərbaycan Türkiyədən Türkiyə də Azərbaycanda özünü ayırmır:
"İki qardaş ölkə arasındakı əlaqə qürurvericidir. Azərbaycan hər zaman bir sıra beynəlxalq tədbir və forumlar vasitəsilə öz qüdrətini, nüfuzunu, inkişafını, dostluğa sadiqliyini göstərir. Bu kimi addımlar ölkəmizin müstəqilliyi və azadlığının əbədiliyindən xəbər verir. Azərbaycan öz problemlərini özü həll edən bir ölkədir. Hazırda dövlətimizn tək istəyi işğal olunmuş ərazilərimizi sülh yolu ilə geri qaytarmaqdır. Azərbaycan istəsə, qısa yolla torpaqlarını düşmən tapdağında hərbi yolla azad edər. Amma ölkəmiz hər zaman sülh istəyir. Bütün dünya Azərbaycanın mövqeyini nəzərə alıb, bundan bir nəticə çıxarmalıdır”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə