Bu, yalnız sarsaq bəyanat deyil
08:31 13.11.2018
Arxiv
777
Jirinovski daima Rusiya hakimiyyətinin mesajını səsləndirib
Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin fikrincə, həll olunmamış münaqişələrin yeganə həll yolu Rusiya ilə federasiyada birləşməkdir. Onun sözlərinə görə, milli sərhədləri qorumaqla referendum keçirib könüllü şəkildə bu problemlərin həllinə nail olmaq lazımdır. Yalnız vahid dövlət çərçivəsində bu cür anlaşılmazlıqların aradan qaldırılacağını zənn edən Jirinovski hesab edir ki, o zaman kimsə başqasının onun torpağını işğal etdiyinə görə narahat olmayacaq, bütün bunlar ümumi olacaq: "Həll olunmayan problemlər barədə danışırıqsa, bu, Dağlıq Qarabağdır. Bu münaqişə, demək olar, 30 ildir qalır. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Mərkəzi Asiya ölkələri - hər yerdə oxşar problemlər var”.
Rus deputatın dediyindən belə çıxır ki, müstəqillik uğrunda mübarizə aparıb, qan töküb və şəhid verən respublikalar hər şeyin üstündən xətt çəkib yenidən imperiya çərçivəsində, quberniya, əyalət şəklində fəaliyyət göstərsinlər. O hələlik bu iddiasını münaqişə ocaqları ilə bağlı irəli sürsə də, bir müddət sonra iştahının böyüməsi istisna deyil.
Politoloqlar isə hesab edir ki, bu deyilənlər sadəcə Jirinovskinin sarsaq bəyanatı deyil, onun dedikləri Rusiya dövlətinin fikirlərini əks etdirir.
Politoloq Azər Rəşidoğlunun açıqlamasına görə, Jirinovski daima Rusiya hakimiyyətinin mesajını səsləndirib. Bu dəfə Qarabağla bağlı verdiyi bəyanat da Kremlin dəfələrlə etdiyi tələblərdən biridir:
"Moskva, İrəvan və bütün dünya bir həqiqəti dərk etməlidir - Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməməlidir. Biz DQ-yə yüksək status verməyə hazırıq, lakin heç bir halda, bölgədə Azərbaycan torpaqları hesabına ikinci Ermənistan dövləti yaratmağa imkan verməyəcəyik. Odur ki, Jirinovskinin nəyi necə deməsinin də bizim üçün heç bir önəmi yoxdur”.
"Hər zaman dediyim və üzərində israrla dayandığım mövqe Dağlıq Qarabağ probleminin süni şəklidə yaradılması versiyasıdır”.
Bu sözləri isə politoloq Vasif Əfəndiyev deyib. Bu həqiqəti hər kəsin bildiyini qeyd edən politoloq hesab edir ki, müəyyən diplomatik gedişlər naminə rəsmi olaraq işğalçının Ermənistan olduğunu deməyə məhkumuq:
"Lakin müstəqil ekspert kimi mənim bu gerçəyi deməyə haqqım var. Doğrudur, Jirinovskinin Dağlıq Qarabağın Rusiyanın tərkibinə verilməsi və ya ümumilikdə Qafqazın Rusiyanın tərkibinə qatılması niyyəti Rusiyanın işğalçı siyasətinin nəticəsidir.
Daha doğrusu, Dağlıq Qarabağ bir ərazi vahidi olaraq Rusiyaya lazım deyil, ona daha çox Cənubi Qafqaz ölkələrini daim təzyiq və nəzarət altında saxlamaq bəhanəsi lazımdır. Lakin bütün bunlar xam xəyallardır və keçici hal daşıyır. Bundan sonra Qafqaz dövlətləri Rusiyanın nəinki tərkibində olacaq, hətta tamamilə təsir dairəsindən çıxacaq. Gürcüstan və Ermənistanda gedən proseslər sübut edir ki, bu iki ölkə sürətlə Rusiyadan uzaqlaşmaqdadır. Azərbaycan isə hələlik neytrallığını qoruyub saxlasa da, günün istənilən anında daha radikal qərar vermək gücündədir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə