Deputat kömək istədi: "Elə məktəb var ki, iki ballıq zəlzələyə davam gətirə bilməz, uçar"



Milli Məclisdə büdcə müzakirəsi zamanı xanım deputat Sona Əliyeva kənd məktəblərinin problemini qabardıb. 

Sherg.az-ın xəbərinə görə, o deyib ki, kəndlərdə ciddi problemlər var: 

"Kəndlərin əhalisi ilk növbədə su çatışmazlığından əziyyət çəkirlər. Təmsil etdiyim Şəmkirdə orta məktəb tikintisinə ciddi ehtiyac var. Elə kənd məktəbi var ki, iki ballıq zəlzələyə belə davam gətirə bilməz, uçar". 

Millət vəkili qeyd edib ki, hazırda ölkədə modul tipli məktəblər tikilir: 

"Bu tip məktəblərin təmsil etdiyim dairədəki kəndlərdə də tikilməsinə ehtiyac var. Elə məktəblər də var ki, orada sıxlıq yaşanır. Məsələn, Şiştəpə kənd orta məktəbi bu sıraya daxildir. Odur ki, əlavə məktəb binasının tikilməsi yaxşı olardı”.
Anar