Rəsmi Parisin sərgilədiyi qərəzli mövqeyi "Şərq”ə dəyərləndirən "Cənubi Qafqaz” Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransada Emanuel Makron iqtidarı hazırda daxili və xarici siyasətdə böyük yanlışlar etməkdədir:
Dezir qərəzsizlik prinsipini unudub
08:05 11.01.2019
Arxiv
336
Bu şəxs ermənipərəst mövqeyini yenə ortaya qoydu
Rəsmi Parisin sərgilədiyi qərəzli mövqeyi "Şərq”ə dəyərləndirən "Cənubi Qafqaz” Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransada Emanuel Makron iqtidarı hazırda daxili və xarici siyasətdə böyük yanlışlar etməkdədir:
Fransa Xarici İşlər Nazirliyinin Mehman Hüseynovla bağlı ünvanlanan sualı cavablandırması və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlamasına XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva münasibət bildirib. Nazirlik rəsmisi bildirib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsə, daha yaxşı olar: "Fransa tərəfinin hazırda ölkəni "sarı jiletli”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir.
Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”. L.Abdullayevanın sözlərinə görə, ümumiyyətlə, Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:
"Məhz Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür”.
Rəsmi Parisin sərgilədiyi qərəzli mövqeyi "Şərq”ə dəyərləndirən "Cənubi Qafqaz” Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransada Emanuel Makron iqtidarı hazırda daxili və xarici siyasətdə böyük yanlışlar etməkdədir: "Son günlər Fransada baş verən daxili iğtişaşlar bunun bariz nümunəsidir. Makron iqtidarı ölkəsində daxili problemləri həll edə bilmirsə, bu ölkənin digər ölkələrin daxili işinə müdaxiləsi yolverilməzdir. Hesab edirəm ki, Fransanın hazırkı hakimiyyətinin yürütdüyü siyasət yalnız problemlərə yol açır. Ümid edirik, Fransa Dağlıq Qarabağ münaqişəsində və digər proseslərdə ədalətli mövqe sərgiləyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət