Dişi ölümcül infeksiyaya səbəb oldu

Həkimlər deyib ki, bir həftə də geciksəydi, 29 yaşlı kişi həyatını itirəcəkdi
29 yaşlı kişi arıqlaması, halsızlıq və sinə ağrısı kimi şikayətləri ilə həkimə gedib HIV testi etdirdi. Ancaq qan testinin nəticələri ölümcül bakteriyaya işarə edirdi.
"Daily Mail”in xəbərinə görə, 29 yaşlı Daniel Murtagh iyirmilik dişi üzündən ölümcül bir bakteriyaya yoluxub, ölümdən döndü. Kərpic hörmə ustası olan Daniel, arıqlaması, halsızlıq və bədənindəki ağrılar səbəbiylə həkimə getdi və HIV-dən şübhələnildi. Ancaq qan testləri, bədənində gəzən və ürək qapaqçığını yeyib bitirən ölümcül bakteriyanı ortaya çıxardı. Danielin infeksiyanı iltihablamış dişindən tapdığı aydın oldu. Ürək əməliyyatından əvvəl təcili olaraq gənc adamın dişi çəkildi. Daha sonra 7 saatlıq əməliyyatla Danielə protez ürək qapaqçığı qoyuldu. Həkimlər deyib ki, bir həftə də geciksəydi, 29 yaşlı adam həyatını itirəcəkdi. Gənc adam, sadə bir diş ağrısının onu ölümlə üz-üzə qoyduğuna hələ inana bilmir. Daniel, "Dişlərimə hər vaxt yaxşı baxıram. Əvvəllər plomb belə etdirməmişəm. Xəstəliyimin dişimdən qaynaqlandığı ağılımın ucundan keçməzdi.” deyə danışıb. Daniel, sinə ağrısı, tərləmə, halsızlıq və iştahsızlıq şikayətləriylə 9 dəfə həkimə gedib.