Doğulmamış körpəsini iti qurtardı

“Lola məni oyandırmasa hər şey üçün gec ola bilərdi”
İngiltərədə hamilə qadının doğulmamış körpəsini iti Lola qurtarıb. "Daily Mail”də nəşr olunan xəbərə görə, 23 yaşlı Jade Ambrose gecə yatarkən itinin hürməsinə oyanıb.
33 həftəlik hamilə olan Jade oyandığı zaman su kisəsi partlamışdı və qan itirmişdi. Bunlar vəziyyətə işarə edirdi. Jade yaşadığı gecəni bu sözlərlə izah edir: "Əvvəl Lolanın çöldəki bir şeyə hürdüyünü düşündük. Tualetə getmək üçün yerimdən qalxdığım zaman əslində mənə hürdüyünün fərqinə vardım. Çox qan itirmişdim. Həkimlər, dərhal xəstəxanaya getməsəydim o gecə körpəmi itirə biləcəyəmi söylədilər. Hər hansı bir ağrı hiss etmədim. Lola məni oyandırmasa hər şey üçün gec ola bilərdi.” Dərhal xəstəxanaya gedən gənc qadının körpəsi Oliver, həkimlərin səyləri sayəsində xilas olub.