Əcnəbilərə imtiyazların verilməsi yaxşı haldır, amma...

Natiq Cəfərli:" Bununla ölkəmizdə investisiyaların kəskin artmasını gözləmək yanlışdır".





Əcnəbi vətəndaşlara imtiyazların verilməsi qərarı natamam sayılır.

Bu barədə Sherg.az-a əcnəbi iş adamlarına Azərbaycan ərazisində yaşamaq və işləməklə bağlı güzəştlər tətbiq edilməsinə münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

 Ekspertin sözlərinə görə bu dəyişikliklər inzibati əngəllərin aradan qaldırılması üçün mühüm addım olsa da, az effekt verəcək: 

"Ölkədə hazırda mövcud olan iqtisadi çətinliklərin aradan qaldırılması üçün bu qərar vacibdir. Lakin əcnəbi vətəndaşlara, iş adamlarına bu imtiyazların verilməsi ilə Azərbaycanda investisiyaların kəskin artmasını gözləmək yanlışdır.  Qərar o zaman tamamlanar ki, Azərbaycanda xarici iş adamlarını narahat edən, onlara ölkəmizə investisiya qoymağa əngəl törədən problemlər aradan qaldırılsın. Daxili nizamın təmin olunması, Azərbaycanın dünyada qəbul olunmuş normaları tətbiq etməsi, Ümumdünya Ticarət Təşkilatına üzv olması bu qərarın daha effektli nəticə verməsinə şərait yarada bilər”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında əcnəbilərə və ya vətəndaşlığı olmayan iş adamlarına Azərbaycan ərazisində yaşamaq və işləməklə bağlı güzəştlər tətbiq ediləcəyi bildirilib. 

Ayyət