Elçin Quliyev Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - FOTO
13:02 22.06.2021
Arxiv
422
İyun ayının 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.
Xidmətin Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nin aparatında keçirilən rəsmi qarşılanma mərasimindən sonra ordu generalı Qamar Caved Bacva “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.
Geniş tərkibdə keçirilən görüşdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycan və Pakistan İslam Respublikası arasında ortaq tarixi irsə, ənənələrə və maraqlara söykənən münasibətlərin bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində uğurla inkişaf etdiyini vurğulayıb, 2018-ci ildə Pakistana səfəri zamanı DSX-nin nümayəndə heyətinə Pakistanın ordu rəhbərliyinin nümayiş etdirdiyi diqqət və yüksək qonaqpərvərliklə bağlı xoş xatirələrini bölüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış parlaq qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib, ərazi bütövlüyünün bərpası uğrunda Azərbaycanın ədalətli mübarizəsində Pakistan İslam Respublikasının hər zaman göstərdiyi dəstək və həmrəylik xüsusi qeyd edilib.
Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbriklərini ifadə edib, işğaldan azad olunmuş dövlət sərhədlərinin mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması, ərazilərin minalardan təmizlənməsi sahəsində Pakistan tərəfinin öz təcrübəsi ilə bölüşməyə hazırlığını bildirib.
Görüşdə tərəflər sərhəd mühafizəsi sahəsində birgə əməkdaşlıq fəaliyyətlərinin davam etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, maraq kəsb edən istiqamətlər üzrə müsbət təcrübə mübadiləsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya