"Elm, təhsil və idman sahəsində çalışanlara davamlı dövlət dəstəyi göstərilir" - İqtisadçı





Azərbaycan dövlətinin sosial qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir. Prezidentin göstərişi ilə mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə yaradıcı şəxslərə xüsusi diqqət göstərilir. Elm, təhsil, idman sahəsində çalışanlar, tanınmış mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri bu qayğıdan bəhrələnib. Azərbaycan ziyalılığının aparıcı simalarının müalicəsinin bütün xərcləri dövlət tərəfindən həyata keçirilib. Tanınmış dövlət, mədəniyyət xadimlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onlara ömürlük Prezident təqaüdləri ayrılıb. Yaradıcı şəxslərin yaradıcılığını stimullaşdırmaq üçün bu kateqoriyadan olan şəxslər dəfələrlə qısa müddətli təqaüdlə təmin edilib. 

Elmi işiçilərin mənzil şəraitinin yaxşılaşdırlması üçün müvafiq addımlar atılıb, binalar inşa edilib, ipoteka şərtləri yüngülləşdirilib, fərdi evlərin tikintisi üçün onlara torpaq sahələri ayrılıb. Elmi işçilərin məvaciblərinin artırılması üçün müvafiq sərəncamlar imzalanıb. Eyni zamanda cənab Prezident idmançıların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətin müəyyən addımlar atıb. İdman sahəsində fərqlənən idmançılar mükafatlandırılıb, onların mənzil-məişət problemləri həll olunub. Bütün bunlar ölkə başçısının sosial siyasətinin bir parçasıdır.

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az”a bildirib ki, ölkə başçısının sosial siyasəti çoxsahəli və dərindir:

" Daim Azərbaycan hökuməti əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində çox müsbət addımlar atıb. Xüsusən də, idman , elm və təhsil sahəsində çalışanlara mütəmadi olaraq dövlət dəstəyi göstərilir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, bu kimi sahələrə ayrılan xərcləmələrin həcmi artır. 2019-cu ildə dövlət büdcəsində sosial istiqamətə ayrılan vəsaitlərin həcminin artırılması nəzərdə tutulub. Gələn il üçün sosial xərclərin ümumi xərclərin 35 faizinə çatacaq. Bu da gələn il sosial ayırmaların prioritet olaraq qalacağından və artacağından xəbər verir. Ümumilikdə bütün xərclərin 9 milyard manatdan artığı sosial xərclərdir ki, bu da əvvəlki illə müqaisədə 11 faiz artım deməkdir. Eyni zamanda dövlətin təhsilə ayırdığı vəsaitin də həcmi hər il müntəzəm olaraq artır. Hazırda bu il üçün təhsil sahəsinə ayrılan vəsaitdə 11 faiz artım müşahidə olunur. Bu da elm və təhsil işçilərinin əmək haqqlarının artmasına, onların mükafatlandırılma işlərinə müsbət şərait yaradır".

Ekspert onu da əlavə edib ki, Prezident idman sahəsini daim diqqət mərkəzində saxlayıb:

"Və bu sahədə fəaliyyət göstərənlərin sosial problemlərinin həlli istiqamətində müəyyən işlər görülüb. Onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 626 mənzil istifadəyə verilib. Hətta gələn ilı idman sahəsində fərqlənənlərə verilən mənzillərin sayı 800 çatacaq. Ümumiyyətlə, 2019-cu ildə ünvanlı sosial layihələrin reallaşması müşahidə olunacaq. Mərhələli şəkildə dövlətin bu sahəyə ayırdığı vəsaitin həcmi artacaq”.

Kənan Eynuroğlu