Elnurun "O səs Türkiyə"dəki rəqibi FETÖ-çü çıxdı





"O səs Türkiyə" yarışmasında finala qədər yüksələ bilən Osman Vahit Özdalın FETÖ-çü (Fətulla Gülən Terror Təşkilatı) olduğu aşkarlanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Eskişehir valiliyində işləyən Osman bu səbəbdən işindən azad edilib. 15 iyulda baş verən hərbi qiyama cəhd gecəsindən sonra aparılan araşdırmalar zamanı Osmanın təşkilatla əlaqəsi olduğu üzə çıxıb.

Hazırda onun ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, o, Azərbaycanlı müğənni Elnur Hüseynovla finala qalan 5 iştirakçıdan biri idi.