Ərdoğan Trampa səsləndi: Hazırıq!





Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefonla danışıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, telefon söhbətində  Suriyada yaşanan olaylar diqqət mərkəzində olub,  iki lider DEAŞ terror təşkilatının Suriyadakı qalıqlarını təmizləmək və təkrar ortaya çıxmasını önləyəcək tədbirləri ortaq şəkildə həyata keçirmək üçün razılaşıblar.

Ərdoğan  Münbiç bölgəsində təhlükəsizliyi vaxt itirmədən nəzarətə götürməyə hazır olduqlarını, PKK və PKK-nın Suriyadakı qollarının Suriyanın şimal-şərqini təhdit  edəcəklərinə  icazə verməyəcəklərini vurğulayıb.
 Ərdoğan və  Tramp etibarlı bölgə haqqında Türkiyə və ABŞ müdafiə nazirləri  arasında başlayan müşavirələrin sürətləndirilərək davam etməsi və ikili ticarət həcminin artırılması haqqında danışıblar.