Ermənistan KTMT-də fiaskoya uğradı
07:24 14.11.2018
Arxiv
535
Astana sammitindən zərbə alan İrəvan təklənir
Ötən gün Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində ən diqqətçəkən məqam Ermənistanın təklənmiş duruma düşməsi oldu. Zirvə görüşü bir daha göstərdi ki, Ermənistan KTMT-də etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər. Məlumdur ki, Ermənistan hakimiyyəti hər zaman KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etməyə çalışıb. Ancaq rəsmi İrəvanın bu cəhdləri boşa çıxdı. Çünki təşkilata üzv olan ölkələrin Azərbaycanla iqtisadi və hərbi sahədə əməkdaşlığı onlar üçün daha önəmlidir. Beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Mixaylov da hesab edir ki, bundan sonra Ermənistan nümayəndələrinin bəyanatlarına KTMT-də başqa cür yanaşacaqlar. Onun sözlərinə görə, indi vəziyyət dəyişib və heç də Ermənistanın lehinə deyil”. Rəsmi Moskvanın kəskin reaksiyası isə vəziyyəti daha da mürəkkəbləşdirib. Sammit həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə də imza atıldı. Faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq təşkilat öz nizamnaməsində dəyişiklik etdi. Bu fakt Ermənistanın növbəti məğlubiyyəti deməkdir.
Millət vəkili Aydın Hüseynov bildirib ki, Ermənistanın qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasət Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına yaxşı məlumdur: "İşğalçı ölkə bu siyasətinə görə təşkilat üçün əlavə yük və problemdən başqa bir şey deyil. Qurumun təsis olunmasından etibarən Ermənistan qədər təşkilata zərbə vuran ikinci bir dövlət olmayıb. Ermənistan nümayəndəsinin geri çağırılması təbiidir. Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki hərbi cinayətkar rejimin yanlış siyasətini davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistan hər zaman təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı təhdid edir. Lakin sammit göstərdi ki, Ermənistanın təşkilatla bağlı düşüncələri xülyadır. Reallıqda bu təşkilat Azərbaycanla sıx əməkdaşlıq münasibətləri qurmaq istəyir”.
Politoloq Nəzakət Məmmədova da bəyan edib ki, Astana sammiti Ermənistanın uğursuzluğu ilə başa çatdı:
"Ermənistan KTMT baş katibi vəzifəsinə yeni namizəd irəli sürmək istəyirdi. İrəvanın öz nümayəndəsini vaxtından əvvəl geri çağırmasından sonra təşkilata üzv ölkələr qarşısında 3 seçim variantı qalırdı. Birinci variant Xaçaturovun müavini Semerikovun 2020-ci ilin mayınadək onu əvəz etməsi, ikincisi, Belarusun nümayəndəsinin təşkilatın baş katibi vəzifəsinə seçilməsi, nəhayət, üçüncü variant kimi Ermənistanın təkidi ilə Xaçaturovun yerinə başqa bir erməninin baş katib seçilməsi idi.
Lakin Astana sammitində təşkilata üzv dövlətlər Ermənistanın təklifini rədd etdilər və belə qərara gəldilər ki, dekabrın 6-da Sankt-Peterburqda yeni baş katibin seçilməsi məsələsinə baxılsın. Bununla da, Ermənistan KTMT təşkilatında uğursuzluğa düçar oldu. Ümumiyyətlə, düşmən ölkənin mövqeləri zəifləməyə doğru gedir. Bununla tək təşkilat daxilində yox, yaxın gələcəkdə ikitərəfli Rusiya-Ermənistan münasibətləri də pisləşəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol