Ermənistan tərəfi diplomatik etikanı pozur
20:54 13.11.2018
Arxiv
733
Lukaşenko Azərbaycanın Minskdəki səfiri ilə görüşdə KTMT-nin Astanadakı sammitini müzakirə edib
"Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfirini qəbul etməsi diplomatik protokolda istisna hallardan biridir və bu, Azərbaycanla Belarus arasında münasibətlərin və qarşılıqlı hörmətin yüksək səviyyəli inkişafının təzahürüdür”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN-in Belarus prezidenti və Azərbaycan səfiri arasında keçirilmiş görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıyla bağlı məsələlərin müzakirə olunmasını "düzgün olmayan addım” kimi qiymətləndirməsi ilə əlaqədar "Sputnik Azərbaycan”ın sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan ənənəvi brifinqdə Belarus prezidenti və Azərbaycan səfiri arasında görüşə toxunaraq, KTMT-nin daxili məsələlərinin Bakı ilə müzakirə edilməsinin korrekt olmadığını bildirib.
Xatırladaq ki, Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşdə KTMT-nin Astanadakı sammitini müzakirə edib.
"İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarusa gözlənilən səfəri ikitərəfli əlaqələrin inkişafına daha da təkan verəcək və ölkələrimiz arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcək.
O ki qaldı Ermənistan XİN-in mətbuat katibinin qeyd etdiyiniz açıqlamasına, dövlət başçıları ilə bağlı bu qəbildən olan fikirlərin səsləndirilməsi diplomatik etika və protokol qaydalarına ziddir. Hesab edirik ki, müttəfiq dövlətlər KTMT çərçivəsində bu kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır” – Abdullayeva bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə