“Ermənistanın nicat yolu Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaqdan keçir”


"Türkiyə-Azərbaycan bölgədə diqqət edən tərəfdir. Nikol Paşinyan və komandası bunu yaxşı başa düşür".
"Sherg.az" xəbər verir ki, bu sözləri ictimai fəal, ekspert Hacı Ələsgərov Ermənistanda baş tutan seçkiləri şərh edərkən bildirdi.
“Seçkilərdə Nikol Paşiyanın qələbə qazanması göstərir ki, Ermənistan cəmiyyəti müharibə istəmir və bölgədə barışığın yaranmasında maraqlıdır. Çünki cinayətkar Robert Köçəriyan və onun komandası yenidən müharibə şüarı ilə hakimiyyətə gəlmək istəyirdi. Onlar boş, mənasız, yalançı vədlər verməklə cəmiyyətin səsini qazanmaq istəyirdi. Görünən odur ki, erməni cəmiyyəti belə oyunbaz siyasətçiləri hakimiyyətdə görmək istəmir. Onlar müharibənin hansı fəsadlar gətirəcəyini dərk edirlər. Həm də Ermənistanın yeni hakimiyyəti anlayır ki, artıq Azərbaycanla müharibə aparmaq qeyri-mümkündür və bu dəfə müharibə onların tamamilə məhv olmasına gətirib çıxaracaq. Açıq fikirli erməni siyasətçiləri vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini aydın şəkildə qəbul edirlər”.

Hacı Ələsgərov Ermənistanın qurtuluşu bölgədə barışıq siyasətindən keçdiyini söylədi.

“Ermənistanın nicat yolu Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaqdan keçir. Əgər, Ermənistan buna getməsə vəziyyət gərgin olaraq qalacaq”.