"Fransa Dağlıq Qarabağdakı qondarma rejimi təbliğ etməyə çalışır" - MÜNASİBƏT
09:17 25.10.2018
Arxiv
703
"Fransa ilə Azərbaycan arasında xoş münasibətlər yarandırdı. Amma təssüflər olsun ki, Fransa Azərbaycanın xoş niyyətlərini düzgün dəyərləndirmir".
Bunu "Sherg.az"a Fransanın bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərindən danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı
bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl Fransa prezidenti Emmanüel Makron Ermənistana səfər edərək İrəvanda təşkil olunan Frankofoniya sammitində iştirak etdi. Bunun özü də Azərbaycana qarşı qeyri-səmimi bir münasibətin təzahürüdür:
"Ermənistanın Frankofoniya ölkələrinə heç bir dəxli yoxdur. Bu tədbirin Ermənistanda təşkil etməklə separatçı ölkəni təbliğ etməyə çalışırlar. İşğalçıya dəstək nümayiş etdirirlər. Makron İrəvandan sonra Bakıya səfər edəcəyini bəyan etmişdi. Amma hər hansı bir səbəb göstərmədən Bakıya səfəri təxirə saldı. Bu da E.Makronun Azərbaycana olan münasibətinin aydın ifadəsidir. Düzdü, Fransanın ölkəmizdəki səfiri açıqlama verdi ki, Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlər özünidarəetmə qurumlarıdır. Onların dövlətə dəxli yoxdur. Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi aydındır. Fransa Dağlıq Qarabağdakı qondarma rejimi tanımır. Amma düşünürəm ki, bunlar söz olaraq alır. Bir sözlə məlum səfərlər Fransanın işğalçı Ermənistan dəstəyi və Dağlıq Qarabağdakı qondarma rejimin təbliğindan başqa bir şey deyil".
QAT sədri diqqətə çatdırıb ki, Azərbaycan işğal altındakı ərazilərinə bu cür qanunsuz səfər edənləri yalnız "qara siyahı"ya salmaqla kifayətlənməli deyil:
"Ümumiyyətlə, işğaldakı torpaqlarımıza Amerika, İtaliya və Kanadadan qanunsuz səfərlər edənlər var. Hamısının da məqsədi birdir :Qarabağdakı qonadarma rejim təbliğ olunsun. Bu erməni mərkəzlərinin siyasətidir. Azərbaycan bu cür ölkələrlə daha sərt davranmalı və onlara olan münasibətlərinə yenidən baxmalıdır. Konkret olaraq işğalçıya dəstək verən Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq".
Qeyd edək ki, ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr – Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə