Fransızlar da bahalaşmadan gileylənir...





İpsos təşkilatı Fransa vətəndaşları arasında "Fransa vətəndaşı necə qidalanır?" sualı ilə sosial sorğu keçirib. 

Sherg. az-ın Fransanın "Lesechos.fr" saytına istinadən verdiyi xəbərə əsasən bu ölkə sakinlərinin əksəriyyəti qeyd edib ki, yaxşı qidalanmaq istəyirlər, lakin buna madidi imkanları çatmır.

 Bununla yanaşı fransızlar istehlak etdikləri məhsulların keyfiyyətindən narahatıqlarını ifadə ediblər. İpsosun sorğu nəticəsində ortaya 4 fakt çıxıb. Sorğu iştirakçılarının 71 faizi sağlamlıq üçün təhlükə törətməyən qidalar qəbul etmək istəyib. 70 faizi rayon məhsullarından istifadə etməyə üstünlük verir. 67 faizi az qidlanmağa çalışır. 62 faizi isə artıq "fast-food" (hazır qida) dan imtina edib, öz mətbəxində bişirməyi düşünür.

Ayyət