Gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb





Bu gün gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 7-9 dərəcə isti təşkil edəcək.

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 5-9 dərəcə isti, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.