Gecə yemək yeməyin!
07:37 14.11.2018
Arxiv
3636
Son qida qəbulu yatmamışdan 3 saat əvvəl olmalıdır
Bir çox insanlar gecə saatlarında yemək yeməyi vərdiş edib. Lakin bu, olduqca ziyanlı vərdişdir. Tək ona görə deyil ki, kökəlməyə səbəb olur.
Alimlər gecə yeməyini qəti yeməməyi və qidalara nəzarət etməyi məsləhət görür.
Kolumbiya Universitetinin mütəxəssisləri araşdırma nəticəsində qərara gəliblər ki, gecə yeməyi ürək və şəkər diabeti xəstəliklərinin yaranmasına səbəb olur.
Alimlər 12700 nəfər arasında araşdırma aparıblar. Bu adamlar 18-76 yaş arasında olan insanlar olub. Mütəmadi olaraq onların şəkəri, qan təzyiqi, qanda insulinin miqdarı ölçülüb. Eyni zamanda, onlara tapşırılıb ki, gündəlik nə yediklərini və saat neçədə yediklərini qeyd eləsinlər. Məlum olub ki, üzərində araşdırma aparılan şəxslərin yarıdan çoxu axşam saat 6-dan sonra gündəlik kalori normasının 30 faizini qəbul edir. Bu da onların analizində şəkərli diabet xəstəliyi riskinin daha yüksək olduğunu, eləcə də yüksək təzyiqdən əziyyət çəkdiklərini göstərib.
Alimlər gecə yeməyini qəti yeməməyi və qidalara nəzarət etməyi məsləhət görür.
Gecə vaxtı mübadilə prosesləri təbii olaraq ləngiyir, orqanizm dincəlir, bərpa olunur. Bu zaman qida qəbulu bu proseslərin pozulmasına səbəb olur. Bu isə öz növbəsində bəzi xəstəliklərin riskini artırır.
Mütəxəssislərin fikrincə, son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.
"Medical Plaza” klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazovun sözlərinə görə, meqapolis şəhərlərdə qida rejimi gözlənilmir. İnsanlar günün hansı saatında vaxt edirsə, o zaman da yeməyini yeyir. Rayonlarda və kəndlərdə qida rejiminə böyük şəhərlərə nisbətən daha çox əməl olunur. Səhər, günorta və axşam yeməkləri saatına uyğun yeyilir. Ancaq şəhər insanı bu rejimə riayət edə bilmir. Ailə arasında konkret yemək saatı müəyyənləşdirilsə də, toylar, qonaqlıqlar, dost məclisləri hamısı axşam saatlarında olur. Nəticədə də gecə yeməkləri qaçılmaz olur.
Kolumbiya Universitetinin mütəxəssisləri tərəfindən irəli sürülən iddiaların elmi məlumat yox, sadəcə bir araşdırma olduğunu vurğulayan qastroenteroloq deyib ki, son qida qəbulu yatmamışdan 3 saat əvvəl olmalıdır:
"Mədə şişib diafraqmanı qaldırdığı üçün gecə yeyəndə yatmaq olmur. Gecə yeməyinin insanda ağırlıq, narahatlıq yaratması halları var, amma hansısa riskli xəstəliklərə səbəb olduğunu mümkün hesab etmirəm. Əhalinin 15 faizi gecə növbəsində işləyir. Bəs onlar acıyanda neyləsin? Əsas odur ki, insanlar yediyi yeməyin tərkibinə diqqət yetirsinlər. Kalorisi çox olan, yağlı yeməkləri qarışdırmaq olmaz. Ən əsası isə yediyimizi yandırmalıyıq. Çox yeyib az hərəkət etmək insan sağlamlığı üçün təhlükəlidir. Gecə saat 3-də, 4-də yatan adamın 23:00-da yemək yeməsinin heç bir təhlükəsi yoxdur. Ancaq yeyib yatmaq məsləhətli deyil. Mütləq 2-3 saat fərq olmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol