Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi




Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin layihəsi bu gün Milli Məclisdəki müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Sherg.az xəbər verir ki, dünən və bu gün "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Keçirilən iclaslarda deputatlar büdcə sənədi ilə bağlı fikir və təkliflərini səsləndiriliblər.

Müzakirələrdən sonra bugünkü iclasda "2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsi səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 milyard  917,5 milyon manat, xərcləri 24 milyard 780,1 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülüb.

Anar