Gəncdən cəsarət: “Xoşunuza gəlsə də, gəlməsə də bu mənəm”

İngiltərədə 19 yaşlı gəncin nənəsinin evində dəhşətli  bir yanğın baş verib.
Evi külə dönən o yanğında talehsiz gəncin dərisinin yüzdə 90 faizi yanıb. Həkimlər gəncin həyatda qalma ehtimalının çox az olduğunu söyləsələr də, qeyri-mümkün kimi görünən şey gerçək oldu. Newcastle’s Royal Victoria xəstəxanasının həkimləri gəncin bədənindəki yanıqların gördükləri ən pis vəziyyətdəki xəstələrdən biri olduğunu söylədilər. Ancaq bir möcüzə reallaşdı, 19 yaşlı Troy həyata bərk yapışdı. Üstəlik gerçək bir cəsarət nümunəsi göstərdi, bacısından şəkilini çəkib, ictimai mediada onun üçün paylaşılmasını istədi. Fotoya bir də "Bu mənəm... Əgər xoşlamadınızsa, olan bu” yazdı. Troy Facebook hesabından bu şəkili paylaşar, paylaşmaz minlərlə onu dəstəkləyən və təqdir edən mesaj aldı.