Hakimiyyətə çox naşı bir adam gəlib
06:06 14.11.2018
Arxiv
772
Situasiya o qədər gülməlidir ki, Ermənistanın son çırpınışlarını hətta ölkədəki hərbçilər də tənqid edirlər
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsun Hovanisyan feysbuk vasitəsilə ölkəsinin qırıcı təyyarələr alma planı ilə bağlı səsləndirilən mənfi rəylərə münasibət bildirib. Nazirlik rəsmisi deyib ki, sabiq komandaların erməni ordusu ilə bağlı mənfi rəylərini eşitmək çox təəssüf doğurur. Məlumat üçün deyək ki, keçmiş hərbiçi generallar və sabiq diplomatlar Ermənistanın almaq istədiyi "Su-30” qırıcılarının köhnə olduğunu söyləyiblər. Onlar bildiriblər ki, yüksək texnologiyanın dinamik şəkildə inkişaf etdiyi bir vaxtda vaxtı keçmiş hərbi təyyarələrdən istifadə mümkünsüzdür. Bu cür fikirlər yaxın zamanlarda Rusiya siyasi rəhbərliyi tərəfindən də səsləndirilib.
Əslində dəfələrlə bəyan edilib ki, kasıb Ermənistanın sahib olduğu hərbi texnikaların heç biri müasir dövrün tələblərinə uyğun deyil. Pulsuz ermənilər başqa ölkələrdən yeni silahlar ala bilmirlər. Görünən odur ki, Rusiya da qarşılığını almadığı üçün düşmən ölkəyə köhnə silah-sursat göndərir. Əvvəllər Ermənistan rəsmiləri bunu təkzib edirdilər. Amma indi siyasi qarşıdurmadan dolayı özləri də hərbi cəhətdən acınacaqlı vəziyyətdə olduqlarını etiraf edirlər.
Məsələni "Şərq”ə dəyərləndirən siyasi şərhçi Anar İmanov deyib ki, Ermənistanın hərbi cəhətdən Azərbaycandan çox geri qalması heç kimə sirr deyil. Bunu xarici reytinqlərlə yanaşı, artıq özləri də təsdiqləyirlər:
"Düşmən bu reallıqla razılaşmaq məcburiyyətindədir, çünki uydurduğu yalanlara artıq özləri də inanmırlar. Bir müddət əvvəl Azərbaycanda iki möhtəşəm hərbi parad keçirildi. Ermənistanda isə gülüş doğuran parad imitasiyası yaradıldı. Düşmən ölkədə əsgər belə çatışmır, bəlkə də başqa ölkələrdən "borc” alırlar. Görünən odur ki, Ermənistan yaxın gələcəkdə nə baş verə biləcəyini bildiyindən, silahlanmağa can atır. Nəticədə gülüş doğuran hərəkətlər edir. Situasiya o qədər gülməlidir ki, Ermənistanın son çırpınışlarını hətta ölkədəki hərbçilər də tənqid edirlər. Çünki hakimiyyət başına naşı, sözünü bir gündə bir neçə dəfə dəyişən və yalanlar tirajlayan bir şəxs gəlib. Təsəvvür edin, Ermənistanda müdafiə naziri belə yoxdur, karikatur hakimiyyətdir. Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu dezinformasiyanı təkzib edib. Yenə də bu günlərdə Tonoyan bir tərəfdən Azərbaycan Ordusunun Naxçıvan istiqamətində, guya, "heç bir ərazini azad etmədiyi və yalnız öz sərhədləri daxilində irəliləyərək mövqelər arasında məsafəni azaltması” barədə danışıb. O, Ermənistanın heç bir zaman həmin ərazilərə nəzarət etmədiyini söyləyib. Digər tərəfdən isə "Azərbaycan tərəfinin fəaliyyəti barədə məsələnin beynəlxalq instansiyalarda qaldırıldığı” ilə əlaqədar bəyanat verib. Bu bəyanat isə onun öz-özünü təkzib etməsini bir daha sübut edir”.
Politoloq bəyan edib ki, Paşinyan hökuməti Azərbaycan qarşısında hərbi cəhətdən çox geridə qaldığını çoxdan dərk edib:
"Açığı, İrəvan hökumətinin mövqeyində heç bir dəyişiklik gözləmirəm. Ancaq Paşinyan çox gözəl başa düşür ki, oynadığı oyunun sonu yaxınlaşır. Dərk edir ki, ona və Ermənistana yaxın gələcəkdə nə köhnə, nə də yeni silah kömək edə biləcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol