Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsinin başa çatması münasibətilə təşkil edilən
tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət
Aslanlı kapital bazarlarında çox effektiv bir yol çəkdiklərini deyib.
avtomobilləri sürəcək pilotların hazırlanmasıdır: "Kapital bazarları ilə bağlı təşəbbüslər çoxdur.
Biz bu təşəbbüslər arasında, ilk növbədə kapital bazarları üçün kadrların hazırlanması məsələsi
üzərində dayanacağıq. Bu məsələ bizim üçün kritik əhəmiyyət daşıyır. Ən böyük çətinliyimiz
kadr çatışmazlığıdır”.
...bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil
verən R.Aslanlı həmçinin, valyuta alqı-satqısında tətbiq olunan marka ilə bağlı banklara
xəbərdarlıq məktubu göndərildiyini qeyd edib.
Görüş zamanı aparılan müzakirələrdən danışan Palata sədrinin sözlərinə görə, əgər hansısa bank
belə həssas dövrdə valyuta alqı-satqısına dair qanunvericiliyi pozarsa, ən ciddi tədbirlər
görüləcək: "Reallıq budur ki, bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün
deyil. Çünki onların bütün valyuta əməliyyatlarını görmürük. Banklar ayda bir dəfə bizə hesabat
verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Amma əgər hər hansı bank,
onun filialı, şöbəsi qanunu pozarsa, dərhal tədbir görürük”.
qoymadığını vurğulayan MBNP sədri bankların, sığorta şirkətlərinin və kapital bazarlarının
iştirakçıları olan investisiya şirkətlərinin fəaliyyətinə nəzarət etdiklərini deyib: "Palataya bəzi
məlumatlar daxil olur. Daxil olan məlumatlar əsasında biz hüquq-mühafizə orqanlarına müraciət
edirik. Xatırlayırsınızsa, bir müddət öncə prokurorluq, təhlükəsizlik orqanları və Palatanın
əməkdaşlarının birgə tədbiri nəticəsində qanunsuz valyuta mübadiləsi əməliyyatları aparan
şəxslər saxlanılmışdı. Son zamanlar bizə yenə müraciətlər daxil olur. Biz bu məlumatları
toplayaraq hüquq-mühafizə orqanlarına göndəririk. Ümid edirik ki, müvafiq orqanlar tərəfindən
daha aktiv tədbirlər görüləcək”.
Təəssüf ki, səhmdarlar lazımi səviyyədə kapitallaşmanı təmin edə bilmədi
Maliyyə Bazarlarına Nəzarət Palatasının gündəliyində hər hansı bankın bağlanması kimi
məsələlərin olmadığını vurğulayan sədr əsas məqsədlərinin maliyyə sektorunun dayanıqlığını
təmin etməkdən ibarət olduğunu deyib: "Bu çərçivədə biz bir neçə bankın lisenziyasını geri
aldıq, həmin banklarda yerləşdirilən qorunan əmanətlərin kompensasiya ödənişlərini apardıq.
Əslində bu bankların lisenziyalarının geri çağırılması məqsəd deyildi. Bu qərardan öncə onların
səhmdarları ilə yetişməyən kapitalın bərpa olunması ilə bağlı danışıqlar aparıldı. Təəssüf ki,
səhmdarlar lazımi səviyyədə kapitallaşmanı təmin edə bilmədi. Bununla yanaşı, kapital
çatışmazlığı olan bir neçə bank da var idi ki, onlar lazımi səviyyədə kapitallaşmanı təmin etdi.
"Bank Standard” ayrıca bir nümunədir. Bilirsiniz ki, bu bankın sağlamlaşdırılması ilə bağlı bir
neçə cəhd olundu. Amma bu cəhdlər uğursuz olduğuna görə, bankın lisenziyası geri çağırıldı. Bu
bankda yerləşdirilən qorunan əmanətlərin kompensasiyası davam edir. Artıq təxminən 8600
əmanətçiyə 380 mln. manat həcmində kompensasiya ödənilib”.
Bazarda yalnız özəl banklarınolmasının tərəfdarıyıq
sağlamlaşdırılması ilə bağlı Maliyyə Nazirliyi ilə sıx təmasda olduğunu da qeyd edib. Bankın
balansında olan toksik aktivlərin çıxarılması prosesinin uğurla davam etdiyini vurğulayan Palata
sədrinin sözlərinə görə, bankın menecmenti və səhmdarları onu özəlləşdirməyə hazırlamaq
məqsədilə kiçildilmə, yəni aktivlərinin azaldılması istiqamətində işlər görür: "Bank aktiv və
öhdəliklərini industriyanın başqa oyunçularına ötürür. Biz düşünürük ki, bu proses 2017-ci ildə
də davam etdirilməlidir. Bankın kapitalının daha dayanıqlı, aktivlərinin keyfiyyətinin daha da
sağlamlaşdırılması, ən əsası isə daha dayanıqlı gəlir generasiya edə bilməsi üçün institusional
təkmilləşdirmə proqramımız var. 2017-ci il üçün bu proqram bankın menecmenti ilə onun əsas
səhmdarı olan Maliyyə Nazirliyi ilə birgə hazırlanıb və Palataya təqdim olunub. Bu gün 2017-ci
ildə görüləcək işlərin müzakirələri davam etdirilir. Əminik ki, 2017-ci ildə görüləcək bu tədbirlər
bankın sağlamlaşdırılmasının başa çatdırılmasını təmin edəcək”.
Onun sözlərinə görə, maliyyə bazarları infrastrukturunun inkişafı ilə əlaqədar bir neçə qanun
layihəsi üzərində işə başlanılıb. "Bunlardan biri "Daşınmaz əmlak girovlarının qeydiyyatı
haqqında” qanun layihəsidir. Bu, bütövlükdə maliyyə infrastrukturu, xüsusilə kreditlərə asan,
ucuz və sərbəst çıxışı təmin edəcək bir institut yaratmağa xidmət edən qanun layihəsidir. Əlavə
olaraq, maliyyə infrastrukturunun inkişaf etdirilməsi ilə əlaqədar bir neçə qanunvericilik
təşəbbüsü gündəlikdədir. Kreditlərin təminatı mexanizmlərini özündə əks etdirən qanun
layihəsini xüsusi vurğulamaq istəyirəm. Bu layihə üzərində yaxın günlərdə işə başlayacağıq.
Bunlar infrastruktur ilə əlaqəli məsələlərdir”.
müəyyənləşdirməyə imkan verəcək
"Banklar haqqında” qanuna da əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin hazırlandığını
deyən R.Aslanlının sözlərinə görə, bu dəyişiklik banklara təyin olunan müvəqqəti inzibatçıların
apara biləcəyi əməliyyatları dəqiq müəyyənləşdirməyə imkan verəcək:
müvəqqəti inzibatçılıq institutu var. Amma bu, müvəqqəti inzibatçının bankla hansı əməliyyatlar
apara bilməsi bu gün qüvvədə olan "Banklar haqqında” qanunda dəqiq şərh edilməyib. Qanuna
təklif olunan əlavələr onu nəzərdə tutur ki, əgər hər hansı bank ödəmə qabiliyyətini itirərsə və
yaxud kapitalı yetərsiz olarsa, ora tənzimləyicinin təyin etdiyi müvəqqəti inzibatçı həmin bankın
sağlam aktivini müəyyən öhdəliklə birlikdə və yaxud ayrı-ayrılıqda yerdə qalan digər banklara
hərrac vasitəsilə ötürə, sata bilər. Gəlmiş vəsait hesabına həmin o bankın sağlamlaşmasına nail
ola bilərik. Yaxud "körpü bank” adlanan bir anlayış var. Sağlam olmayan, kapital yetərsizliyi
olan bankın öhdəlikləri sağlam aktivləri ilə birlikdə bir "körpü bank”a ötürülür və həmin bank
sağlam investorlara satılır. Yəni, mahiyyət etibarı ilə bu, ödəmə qabiliyyətində və kapital
yetərsizliyi durumunda olan bankların sağlamlaşdırılmasının dünyada tətbiq olunmuş bütün
elementləri özündə əks etdirən bir yenilikdir. Bu qanun müvəqqəti inzibatçının hansı xarakterli
əməliyyatlar apara biləcəyini dəqiq müəyyən edəcək”.