Həkimdən aldığı xəbər ölüm gətirdi: Beyin şişi eşidib özünü körpüdən atdı

Bursada, beyin şişi diaqnozu qoyulduqdan sonra böhrana girən və özünü körpüdən ataraq ağır yaralanan təqaüdçü Tuncay A. (64), xəstəxanada həyatını itirib. 
10 gün əvvəl şiddətli baş ağrısı şikayətiylə Uludağ Universiteti Tibb Fakültəsi xəstəxanasına müraciət edən 2 uşaq atası Tuncay A.a, testdən sonra beyin şişi diaqnozu qoyulub. Beynində şiş olduğunu öyrəndikdən sonra böhrana girən Tuncay A., axşam saatlarında Osman qazi mahalındakı Setbaşı körpüsünə çıxaraq özünü 30 metr yüksəklikdən atıb. Ağır yaralanan Tuncay A., xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib. Hadisələ əlaqədar istintaq başladılıb.