Hikmət Hacıyev:"Ermənistan nəticə yönümlü danışıqları intensivləşdirməlidir"
16:24 24.10.2018
Arxiv
588
Ermənistanın baş naziri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesində iştirak etməsi barədə açıqlamaları destruktiv xarakter daşıyır və tamamilə qəbuledilməzdir.
Bunu Ermənistan baş nazirinin qondarma rejimin danışıqlar prosesinin tərkib hissəsi olması və operativ əlaqənin qurulması barədə fikirlərini şərh edən Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Trend-ə açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib və işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğu davam edir:
"Ona görə də beynəlxalq hüququn imperativ normalarından irəli gələrək münaqişə tərəfi kimi məsuliyyət daşıyan dövlət Ermənistan Respublikasıdır. Bu kimi zərərli ritorikanın əvəzinə mövcud format və gündəlik əsasında nəticə yönümlü danışıqlar intensivləşdirilməlidir.
Operativ əlaqənin qurulması barədə səslənən fikirlərə gəldikdə isə onu deyə bilərik ki, bu dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri arasında qurulmuş əlaqə deyildir. Bu kimi operativ əlaqə işçi qaydada müəyyən aşağı səviyyələr çərçivəsində qurulur. Ermənistan və Azərbaycan arasında münaqişə tərəfləri olaraq danışıqlar aparılır və bu baxımdan müəyyən təmasların olması normal haldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə