“Hilal” mükafatının təsisçisi "Şərq"i təbrik etdi...





Bu gün, Azərbaycan Respublikası Kikboksinq Federasiyasının vitse-prezidenti, "Hilal” mükafatının təsisçisi Arzuman Abdulkərimli və "Hilal” mükafatının İdarə heyətininü üzvü Yusif Afşar "Şərq” qəzetini 20 illiyi münasibətilə təbrik ediblər. 

Bu məqsədlə redaksiyamıza təşrif buyuran qonaqlar qəzetin baş redaktoru Akif Aşırlıya və əməkdaşlarına öz səmimi təbriklərini çatdırıblar. A. Abdulkərimli "Şərq"-i öz evi adlandıraraq qeyd edib ki, bu qəzet A. Aşırlının öz övladı kimi doğmadır: " 20 il müddətində əldə edilən nailiyyətlər Azərbaycan mediasında əvəzolunmazdır. Bundan sonrakı fəaliyyətinizdə daha böyük uğurlara imza atmanızı diləyirəm”.

Eyni zamanda A. Abdulkərimli Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyevin də "Şərq” qəzetinin yubileyi ilə bağlı təbriklərini çatdırıb.

Daha sonra təsisçisi olduğu "Hilal” mükafatının Fəxri diplomunu A.Aşırlıya təqdim edib.
Baş redaktor da öz növbəsində qonaqlara təşəkkürünü bildirib və sonda xatirə şəkili çəkilib.

Aysel Aslan