İran uzun illərdir sanksiya altındadır
07:54 16.11.2018
Arxiv
688
Bu vəziyyət ölkədə sosial-siyasi etirazın böyüməsinə təkan verə bilər
"Biz iranlıları limon kimi sıxıb, suları çıxana qədər təzyiq göstərəcəyik”. Bunu İrana düşmənçiliyi ilə tanınan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. İrana qarşı tətbiq edilən sanksiyaları müdafiə edən Bolton Amerikanın məqsədinin İranın neft ixracını sıfıra endirmək olduğunu deyib: "Səylərimiz İranı normal davranışa məcbur etməkdir. İranlılar neft sanksiyalarından yan keçmək və maliyyə bazarlarına yol tapmaq üçün yeni yollar tapıblar”. Con Boltonun iranlılar barədə işlətdiyi "limon suyunu sıxma” ifadəsi nə az, nə çox, düz 100 il əvvəl, 1918-ci ildə ingilis siyasətçi Erik Kidz tərəfindən istifadə olunub.
Kidz bu sözləri Birinci Dünya müharibəsindən sonra Antanta bloku üzrə müttəfiqlərin Almaniyadan təzminat alması ilə bağlı söyləyib: "Almanlar hər bir pennini bizə verməlidirlər, almanlara limon kimi sıxılıb suyu çıxana qədər təzyiq göstərməliyik”. ABŞ səlahiyyətliləri zaman keçdikcə İrandan neft ixracının sıfıra enəcəyini iddia etsələr də, İran səlahiyyətliləri ABŞ-ın bu siyasətdə uğursuzluğa düçar olacağını söyləyirlər.
Xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Amerikanın çox böyük iqtisadi gücü var. Amma bəzi şirkətlərin narahatlığına baxmayaraq, dünyanın bütün ölkələri sanksiyalara qarşıdır. Əvvəllər də demişik ki, ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək. Amerikalılar bu təzyiqlə ümid edirlər ki, iranlılar hökuməti öz siyasətini dəyişdirməyə və hətta bütün siyasi sistemi təhdid etməyə təşviq olunacaqlar”.
Politoloq Əhəd Məmmədli "Şərq”ə açıqlamasında heç bir sanksiyanın təsirsiz ötüşmədiyini deyib: "İran uzun illərdir sanksiya altındadır. Bütün bunlara rəğmən, Tehran hərbi baxımdan zəifləmək əvəzinə, daha da güclənib. Rusiya, Çin, Almaniya, Fransa, BƏƏ bu müddətdə daim İranla siyasi-iqtisadi münasibətlərdə olublar.
Bundan sonra da belə olacaq. Artıq Türkiyə, Böyük Britaniya, Çin, Hindistan və Cənubi Koreya İrana qarşı sanksiyalara qoşulmayacaqlarıni bəyan ediblər. Avropa Birliyi də İranla olan razılaşmaya sadiq qalacağını deyib. Bütün bunlar o deməkdir ki, İranla siyasi-iqtisadi münasibətlər davam edəcək. Hələlik görünən odur ki, ABŞ İran məsələsində təklənib.
Lakin Amerikanın təkidi nəticəsində Avropanın koorporasiyaları sanksiyalara məruz qalmamaq üçün İrandan çəkilirlər”. Ekspert bildirib ki, İran ciddi sosial-siyasi etiraz astanasındadır: "Yeni sanksiyalar dalğası İranda sosial-siyasi etirazın böyüməsinə təkan verə bilər. Bu isə regionda dəngələrin 180 faizini dəyişdirə bilər. Azərbaycan bu vəziyyətə hazır olmalıdır. Unutmayaq ki, İranda 40 milyon soydaşımız yaşayır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol