İvanka Tramp Dünya Bankının rəhbəri ola bilər: Namizədlər arasında ABŞ liderinin qızının da adı var

Yonq Kimdən sonra Dünya Bankının rəhbərliyinə bir neçə şəxsin adı hallanır. Çəkilən adlar sırasında ən diqqət çəkəni İvanka Trampdır. ABŞ lideri Donald Trampın qızının adı Dünya Bankının rəhbəri olacaq şəxslər sırasında çəkilir.
Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, ABŞ xəzinədarlığının sözçülərindən biri, Dünya Bankı rəhbərliyinə potansiyal namizədlər haqqında şəxr verməyəcəklərini bildirib. Bununla yanaşı xəzinədarlıq rəsmisi yeni rəhbər seçmək üçün Dünya Bankı rəhbərləri ilə birlikdə çalışmağı gözlədiklərini əlavə edib. Hazırda Dünya Bankı liderli üçün namizədlərin gözdən keçirildiyinə başlandığı da bildirilib.

Dünya Bankı nədir?

Dünya Bankı, II Dünya Müharibəsindən sonra, 1945-ci ildə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə qurulub. Hazırda dünya dövlətlərinin 188-i Bankın üzvüdür.
Dünya Bankının qurulduğu gündən etibarən ən böyük sərmayədarı ABŞ-dır. Bu səbəblə də, ABŞ Dünya Bankının rəhbərini seçmək haqqına sahibdir.
Qeyd edək ki, Bankın əvvəlki rəhbəri 59 yaşlı Çim Yonq Kim gözlənilmədən istefa verdiyini açıqlayıb.