Bu birmənalıdır ki, təbii yolla dünyaya gəlmiş körpə əməliyyatla dünyaya gətirilmiş körpədən sağlam olur. Təbii doğuşdan sonra ananın orqanizmi sürətlə yaxşılaşır, normallaşır, təbii şəklini alır
Klinikalar maddi maraq güdür, amma...
Həkimlər qeysəriyyə əməliyyatına ana və uşağına təhlükə yaranan zaman qərar verməlidirlər
Bu birmənalıdır ki, təbii yolla dünyaya gəlmiş körpə əməliyyatla dünyaya gətirilmiş körpədən sağlam olur. Təbii doğuşdan sonra ananın orqanizmi sürətlə yaxşılaşır, normallaşır, təbii şəklini alır
Bu birmənalıdır ki, təbii yolla dünyaya gəlmiş körpə əməliyyatla dünyaya gətirilmiş körpədən sağlam olur. Təbii doğuşdan sonra ananın orqanizmi sürətlə yaxşılaşır, normallaşır, təbii şəklini alır
Azərbaycan Tibb Universitetinin doktoru Elmira Əliyeva qeysəriyyə əməliyyatını tənqid edib. «Sputnik Azərbaycan»a açıqlamasında E.Əliyeva bildirib ki, qeysəriyyə əməliyyatlarının sayının artmasında həkim və klinikaların da maraqları danılmazdır: «Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn körpələrdə bir sıra problemlər aşkarlanır. Bu zaman körpədə tənəffüs və ağciyər funksiyasının, yeni doğulmuşun termodinamikasının, o cümlədən metobolik proseslərin pozulması, qan təzyiqinin qeyri-stabilliyi müşahidə edilir".
Həkim qeyd edib ki, qeysəriyyə əməliyyatı bir çox xəstəliklərə səbəb olur. Qeysəriyyə əməliyyatı ilə dünyaya gəlmiş uşaqlarda birincili tip şəkərli diabetin, bronxial astmanın artması, xərçəng, piylənmə və sair fəsadlar müşahidə edilir.
E.Əliyevanın sözlərinə görə, qeyri-klinik vəziyyətə görə lüzumsuz qeysəriyyə əməliyyatlarının azaldılması üçün maarifləndirmə işləri aparılmalıdır: "Ümumdünya Səhiyyə Təşkilatı qeysəriyyə əməliyyatının audit komissiyasının yaradılmasını təklif edir. Bu komissiya lüzumsuz qeysəriyyə kəsirlərinini icrası, səbəbləri və göstərişləri ilə bağlı müəyyən məsələləri araşdırmalıdır".
"Qeysəriyyə əməliyyatlarının sayının artmasında, əlbəttə ki, həkim və klinikaların da maraqları danılmazdır. Amma bu, belə olmamalıdır" - deyə ekspert vurğulayıb.
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı «Şərq»ə açıqlamasında qeysəriyyə əməliyyatının xüsusi hallarda, mütləq şəkildə həkimin göstərişi ilə icazə verilməli olduğunu dedi:
- Son illərdə müşahidə edirik ki, bəli, qeysəriyyə əməliyyatlarının sayı artıb. Bunun müxtəlif səbəbləri var. Biz klinikaların maddi maraqlarını gözardı etmirik. Bunlar var. Amma pasiyentlər də maariflənməlidirlər. Həkim hamilə qadına qeysəriyyə əməliyyatı məsləhət görürsə, qadının bunun səbəblərini bilmək haqqıdır. O zaman da həkim tibbi terminlərlə başa salmağa çalışacaq, çanağın darlığını, dölün ana bətnində normal duruşda olmadığını, yaxud ananın qan azlığını, ürək problemi, hansısa digər çatışmazlığı səbəb gətirərək qeysəriyyə əməliyyatının tövsiyə edildiyini deyəcək. Düşünürəm ki, xüsusi bir komissiya yaradılsa, əlbəttə, yaxşı olar. Gələcək analar hamiləlik dövründə mütəmadi yoxlamalardan keçməli və hamiləliyin normal axarda gedib-getmədiyini bilməlidirlər. Amma bu da istisna deyil ki, doğuş öncəsi hansısa gözlənilməz hallar, təbii doğuşu çətinləşdirəcək əks göstərişlər meydana çıxa bilər. Bu hallarda bəzən həkimlər ana və körpəni xilas etmək üçün əməliyyata qərar verirlər. Hamiləliyin gedişatının nəzarət altında olması mütləqdir.
Ş.Namazlı qeyd etdi ki, hamilə qadınlar vaxtlı-vaxtında müayinələrdən keçməlidir:
- Çox zaman qadınlar zəruri müayinələrə getmir və bunu da maddi çətinliklə bağlayırlar. Burada təkcə maliyyə çətinliyini önə çıxara bilmərik. Bəli, iqtisadi çətinlik, maliyyə problemləri də var. Amma dövlət müəssisələrində minimal ödəniş etməklə müayinələrdən keçmək mümkündür. Qanın ümumi analizi, hamiləlik dövründə vacib olan digər müayinələr, həkim məsləhəti və s. bunün üçün elə də böyük məbləğ tələb olunmur. Problem bundadır ki, elə hamilə qadınlarımız var, minimal müayinələrə də heç getmirlər. Yaşadıqları ərazi üzrə poliklinika və ya qadın məsləhətxanasında qeydiyyata da düşmürlər. Hamiləliyə çox ötəri, məsuliyyətsiz yanaşırlar.
Qadın bilməlidir ki, analıqdan öncə onun vəzifəsi dünyaya sağlam övlad gətirməkdir. Bunun üçün də müayinə olunmaq zəruridir. Bu, həm ananın, həm də doğulacaq körpənin sağlamlığı üçün vacibdir. Amma təəssüf ki, bir çox gənc xanımlarımızın tibbi savadı yoxdur. Tibbi savad o demək deyil ki, hər kəs tibbi elmlərə yiyələnməlidir. Burada söhbət adi tibbi-ginekoloji biliklərdən gedir, hansı ki, hər bir qadın bunları bilməlidir.
Öyrənməyə cəhd etməlidir. İntellektual səviyyə də aşağıdır, maarifləndirmə zəifdir, zəruri biliklərə yiyələnmirlər, ancaq lazımsız, mənasız məsələlərlə beyinlərini doldururlar. Əlbəttə, ailənin də böyük rolu var. Ailələr gəlinləri, qızları gərək düzgün istiqamətə yönləndirsinlər. Mən iqtisadi çətinlikləri istisna etmirəm.
Amma dediyim kimi, elə müayinələr var, pulsuzdur, dövlət müəssisələrində bu müayinələrdən keçmək mümkündür. Sadəcə, başısoyuq yanaşırlar, məsuliyyət daşımırlar.
Sonra da doğuş zamanı problemlər ortaya çıxır. Bu birmənalıdır ki, təbii yolla dünyaya gəlmiş körpə əməliyyatla dünyaya gətirilmiş körpədən sağlam olur. Təbii doğuşdan sonra ananın orqanizmi sürətlə yaxşılaşır, normallaşır, təbii şəklini alır. Əməliyyat isə sanki prosesin qəfil dayanması, yarımçıq başa çatdırılmasıdır. Belə vəziyyətdə ana bətnindəki körpə də narahat olur və bu, uşağın sonrakı həyatında da öz mənfi təsirlərini büruzə verir.
Məlahət Rzayeva