Peskov: Rusiya Ukrayna üzrə danışıqlara açıq qalır

Rusiya Ukrayna üzrə danışıqlar prosesinin davam etdirilməsinə açıq olduğunu bildirir, lakin hazırda danışıqların bərpası üçün lazımi ilkin şərtlərin olmadığını hesab edir.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ukrayna üzrə danışıqlar qruplarının İstanbulda fəaliyyətini davam etdirməsi məsələsini müzakirə edib-etməyəcəyinə dair sualı cavablandırıb.

O qeyd edib ki, Rusiya belə danışıqlara açıqdır, lakin hazırda prosesin davam etdirilməsi üçün zəruri şərtlərin olmadığını vurğulayıb.

Putin və Ərdoğanın görüşünün sentyabrın 1-də Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutması planlaşdırılır.